Soçidə keçirilən Qış Olimpiya oyunlarının başlamasından 7 gün keçdi. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, fevralın 12-də keçirilən yarışlardan sonra Almaniya qazandığı medallara görə liderliyə yüksəlib. İndi bu ölkə idmançılarının hesabında 6 qızıl, 1 gümüş və bir bürünc medal var.
Dünənə qədər medal sayına görə birinci olan Norveç indi üçüncü sıradadır (4 qızıl, 3 gümüş və 5 bürünc medal).
Hazırda ikinci olan Kanada idmançılar ümumilikdə 10 medal ( 4 qızıl, bir o qədər gümüş və 2 bürünc) qazanıblar.
Hollandiya dördüncü (4 qızıl, 2 gümüş və 4 bürünc), ABŞ 3 qızıl, 1 gümüş və 5 bürünc medalla beşincidir.
Sonrakı yerlərdə İsveçrə (3 qızıl, 1 bürünc), Rusiya (2 qızıl, 4 gümüş və 3 bürünc), Avstriya (1 qızıl, 4 gümüş) və Sloveniya (1 qızıl, 1 gümüş və 2 bürünc) gəlirlər. İlk onluqda isə 1 qızıl və 2 bürünc medalla Fransa qərarlaşıb.
Modern.az