Modern.az

Aşıq Ələsgər "Güləndam" qoşmasını ona yazmışdı - FOTO

Aşıq Ələsgər "Güləndam" qoşmasını ona yazmışdı - FOTO

Mədəniyyət

22 May 2025, 09:48

Aşıq Ələsgərin gənclik illərində görüb-bəyəndiyi, gözəlliyinə şeirlər, qoşmalar, gəraylılar ifa etdiyi Güləndam xanımın nadir şəkli ortaya çıxıb. 

Modern.az xəbər verir ki, Kəlbəcərdə böyüyən Güləndam xanım 153 il ömür sürərək Ginnesin Rekordlar Kitabındakı uzunömürlülər siyahısına düşüb. O, 1843 - cü ildə Kəlbəcər rayonunun Qaragüney kəndində anadan olub. Uşaqlıq illəri çətinliklərlə, maddi sıxıntılarla keçib. Dövrünün bir çox qızları kimi o da təhsil ala bilməyib. 

Aşıq Ələsgər Güləndam xanımı iyirmili yaşlarında görüb, bəyənir. Dədə Ələsgərin dillər əzbəri olan "Güləndam" qoşması da bu gözəlliyin qarşısında meydana çıxıb.

"Güləndam" qoşması

Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağını, ay qabağını
Görən kimi ağlım çaşdı, Güləndam!

Hеç dеmirsən, Ələsgərim hardadı?
Səbəb nədi, gülün mеyli xardadı?!
Mənim gözüm sənin kimi yardadı,
Hər cəfası mana xoşdu, Güləndam!


Fotoların tarixçəsi

Sənətşünas Telman İbrahimovun verdiyi məlumata görə, xalçaşünas Kübra xanım Əliyeva 1979-cu ildə, Güləndam xanımın 140 illik yubileyində Kəlbəcərdə olur və Güləndam xanımın fotosunu özünün toxuduğu xalça qarşısında, eləcə də at belində dayanarkən çəkir. Kübra xanım bu görüş barədə təəssüratlarını Moskvada nəşr olunan məşhur «Декоративное искусство» jurnalında nəşr etdiyi bir məqalədə işıqlandırıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?