Modern.az

İrəvan qazısının fəaliyyəti bərpa olundu

İrəvan qazısının fəaliyyəti bərpa olundu

Mədəniyyət

22 May 2025, 10:36

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Bakıda keçirilən iclasında Bəxtiyar Nəcəfovun İrəvan qazısı vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb və səsvermə ilə müvafiq qərar qəbul edilib.

Modern.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, bu təyinat İrəvan bölgəsində dini fəaliyyətin yenidən təşkili, tarixi-mənəvi irsin qorunması və dini dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir.

Qazılar Şurasının üzvləri Bəxtiyar Nəcəfovun namizədliyini yekdilliklə dəstəkləyərək, onun dini sahədəki təcrübəsinin bu vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verəcəyini qeyd ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə deyib ki, İrəvan Qazılığının bərpası mənəvi varlığımızın dirçəldilməsi, tarixi yaddaşımızın bərpası deməkdir.

Şeyxülislam çıxışında qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi İrəvan Qazılığının yenidən bərpa olunmasını zamanın çağırışı və tarixi ədalətin təntənəsi kimi qiymətləndirir. O əlavə edib ki, bu qərar Qərbi Azərbaycan İcması ilə məsləhətləşmələr əsasında qəbul olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?