Modern.az

İsmayıllı sakinləri müraciətlərini deputatla bölüşdülər - FOTO

İsmayıllı sakinləri müraciətlərini deputatla bölüşdülər - FOTO

Parlament

22 May 2025, 13:37

Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı rayonunda yerli sakinlərlə görüşlərini davam etdirir.

Modern.az xəbər verir ki, 22 may 2025-ci il tarixində deputat rayonun Mollaisaqlı kəndində vətəndaşları qəbul edib. Görüşdə şəhid ailələri, qazilər və müharibə veteranları da iştirak ediblər.

Qabul zamanı vətəndaşları narahat edən sosial yönümlü məsələlər deputatın diqqətinə çatdırılıb, şəxsi müraciətlər müzakirə olunub. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib.

Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Mollaisaqlı kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

1438019

14380171438016

1438015

1438014

1438013

1438012

1438011

1438010

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu