“Saxta diplomlarla bağlı Təhsil Nazirliyinin mövqeyi qəti və birmənalıdır. Bu hal təhsil sistemində baş verməməlidir”. Modern.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, belə halların işıqlandırılmasında iki məsələ fərqlənir. Birinci məsələ ondan ibarətdir ki, hər bir sənəd saxtalaşdırıla bilər”.
“Bu hallara tamamilə fərqli prizmadan yanaşılır. Belə faktlar aşkarlanarkən sənədin saxta sürəti çıxarılır, yaxud da saxta sənəd qanuni kimi verilir. Təhsil Nazirliyi saxta diplom dedikdə məhz bu məsələni nəzərdə tutur. Hər bir dövlət orqanı kimi belə hallarla rastlaşarkən istər işəgötürən, istərsə də təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bir təşkilat kimi həmin fakt, məlumatları müvafiq dövlət qurumuna ötürürük. Gələcəkdə də bu proses davam edəcək. İkinci məsələ qanuni diplomların qanun pozuntuları ilə verilməsidir. Diplom sənəd olaraq qanunidir, dövlət tərəfindən hazırlanıb, lakin diplomun verilməsində qanun pozuntuları baş verir. Belə ki, hüququ olmayan insana bu sənəd verilir. Bu birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə əlaqəlidir”.
Nazir onu da vurğulayıb ki, hər ikii pozuntu ilə bağlı nazirliyin mövqeyi birmənalıdır. Gələcəkdə də belə hallar baş verərsə müvafiq tədbirlər görüləcək.
Namidə Bingöl