Modern.az

Hindistan bizi İsrail silahları ilə vurdu - Şahbaz Şərif

Hindistan bizi İsrail silahları ilə vurdu - Şahbaz Şərif

Dünya

22 May 2025, 17:36

Pakistanın baş naziri Şahbaz Şərif İslamabadın neytral ölkədə Hindistanla birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Şahbaz Şərif bu təşəbbüsü reallaşdırmaq üçün ABŞ-ın Dehli üzərində təsirinə ümid etdiklərini bildirib.

O, açıqlamasında İsrailin Hindistana hərbi dəstəyinə də diqqət çəkərək, "İsrail rejimi Pakistana qarşı hərbi qarşıdurmalarda Hindistanı ən yaxşı şəkildə dəstəklədi. Hətta qarşıdurmadan bir neçə gün əvvəl İsrailin təlim keçmiş 150 əsgəri Hindistana girərək Pehlqam bölgəsinə yerləşdirildi. Hindistan İsrail silahlarından bizə qarşı istifadə etdi", - o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu