Modern.az

Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi

Hikmət Hacıyev Brüsseldə mühüm görüş keçirdi

Ölkə

22 May 2025, 20:13

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.

 

Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş təhlükəsizlik mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

 

NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

 

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi