Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ötən ay Tovuz rayonunun Ermənistanla sərhəddində ələ keçən erməni diversiya qrupuna bələdçisi Mamiko Xocayana bir dəfə baş çəkib. Bu barədə Modern.az-a açıqlamasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
“Xocayanın taleyi və vəziyyəti ilə bağlı onu saxlayan orqanlardan soruşa bilərsiz. Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) həmin şəxsə bir dəfə baş çəkib. BQXK öz beynəlxalq mandatına uyğun olaraq münaqişəylə bağlı saxlanılan şəxslərə baş çəkir”- deyə İlahə Hüseynova vurğulayıb.
Xatırladaq ki, Müdafiə Nazirliyi erməni diversiya qrupuna bələdçilik edən Mamiko Xocayanın ələ keçməsi barədə rəsmi açıqlama yaymışdı. Ermənistan Respublikasının vətəndaşı Mamiko Xocayan təhlükəsizlik orqanlarının əməkdaşı olduğunu bildirmişdi.
Misranə Həsənzadə