Modern.az

Kolleclərə qəbul planı da artırılacaq? - Məleykə Abbaszadədən CAVAB

Kolleclərə qəbul planı da artırılacaq? - Məleykə Abbaszadədən CAVAB

23 May 2025, 11:40

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul planı ötən illə müqayisədə bu il azaldılıb.

Modern.az xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, orta ixtisas təhsili müəssisələrinə qəbul planı ötən il 10 930 olduğu halda, 2025-ci il üçün təxminən 25 faiz azalaraq 8144 olacaq. Tam orta (11 illik) təhsil bazasında qəbul planı 28.15 faiz artaraq 15 min 874 yerə çatdırılıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu