Modern.az

Qanunsuz ov edənlərdən 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu müsadirə edilib - DİN

Qanunsuz ov edənlərdən 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu müsadirə edilib - DİN

Təhsil

13 Fevral 2014, 13:27


Cari ilin ötən dövründə qanunsuz ov edilməsi, “Ovçuluq haqqında” Qanunun, habelə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin tələblərinə əməl olunması, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə Nazirliyin Baş İctimai Təlükəsizlik İdarəsinin və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində bir neçə reydlər keçirilib. Bu barədə Modern.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər zamanı mövcud qanunvericiliyin və normativ-hüquqi aktların tələblərinin pozulması faktları üzrə protokollar tərtib edilmiş, müvafiq qaydada tədbir görülməsi məqsədilə qanun pozucuları aidiyyatı üzrə ərazi polis orqanlarına təhvil verilib, İnzibati Xətalar Məcəlləsinə əsasən onlara xəbərdarlıq edilib və ya cərimə olunublar.

Keçirilən reydlər nəticəsində qanunsuz ov edən şəxslərdən ümumilikdə 10 ədəd ov tüfəngi, 52 ədəd ov quşu, o cümlədən “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd nadir bəzgək quşu, 116 ədəd nərə cinsli balıq götürülüb. Brokonyerlər barəsində 8650 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub. Qanunsuz ovun qarşısının alınması istiqamətində birgə tədbirlər davam etdirilir.

Modern.az    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU