Modern.az

Bəziləri yazır ki, mənim səhvimi düz hesab edin - Məleykə Abbaszadə

Bəziləri yazır ki, mənim səhvimi düz hesab edin - Məleykə Abbaszadə

Təhsil

23 May 2025, 14:54

Bəziləri Apelyasiyaya yazır ki, xahiş edirəm ki, mənim səhvimi düz hesab edin.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Elə bir abituriyentlər vardı ki, yazı işinin vərəqinə "xahiş edirəm mənə güzəşt edin, xahiş edirəm səhv yazdıqlarımı düz hesab edin" sözlərini yazıblar. Onlar da Apelyasiya şikayətlərinin arasında gəlir. Biz məcburuq ki, onların hamısına baxaq. Yazılar az olanda biz zəng edirdik, əlaqə saxlayırdıq. Onda da imkan vermirdilər ki, biz sözümü deyək"- deyə o əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər