Modern.az

İki abituriyentdən biri tələbə olacaq – Daha çox PULSUZ təhsil...

İki abituriyentdən biri tələbə olacaq – Daha çox PULSUZ təhsil...

23 May 2025, 16:35

Bu il tələbə olmaq istəyənlərin sayında artım müşahidə edilib. 

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin verdiyi rəsmi məlumata əsasən, bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayı 130 min 641 nəfərə çatıb. Bu, ötən illə müqayisədə 12 min 138 nəfər çoxdur.

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul prosesi ölkədə təhsilə marağın artmaqda davam etdiyini göstərir.

Modern.az-ın məlumatına görə, ali təhsil müəssisələrinə 60 min 489 plan yeri ayrılıb. Sadə hesablamaya görə, bu, hər iki abituriyentdən birinin ali məktəb tələbəsi ola biləcəyini göstərir.

Daha diqqətçəkən məqam isə dövlət sifarişi əsasında təklif olunan yerlərin sayındakı artımdır. Belə ki, plan yerlərinin 28 min 401-i dövlət hesabına ayrılıb. Bu göstərici əvvəlki illə müqayisədə 568 yer və ya 2.04 faiz çoxdur. Bununla da minlərlə gənc ali təhsilini pulsuz şəkildə davam etdirmək fürsəti əldə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər