Türkiyə kino tarixinin unudulmaz simalarından hesab edilən Adilə Naşitin həyatına həsr olunacaq bədii filmin çəkilişləri davam edir.
Modern.az-ın məlumatına görə, filmin prodüseri BKM, rejissoru isə tanınmış sənətçi Çağan Irmakdır.
Adilə Naşiti aktrisa Meltem Kaptan canlandıracaq. O, hazırlıq mərhələsində Adilə Naşitin gülüşünü öyrənmək üçün iki həftə çalışdığını deyib.
Kemal Sunal rolunu "Güldür Güldür" verilişinin aktyoru Berkay Tulumbacı canlandıracaq.
Tarık Akan rolunda keçmiş basketbolçu Çetin Lale, Müjde Ar rolunda isə aktrisa Seda Bakan çıxış edəcək.