Modern.az

Serj Sarkisyan haqqında daha bir cinayət işi

Serj Sarkisyan haqqında daha bir cinayət işi

Aktual

23 May 2025, 23:20

Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı daha bir cinayət işi məhkəməyə göndərilib.

 

Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi təsdiqləyib.

 

Məlumata görə, 2008-ci ilin fevralında Sarkisyan baş nazir postunu tutarkən baş köməkçisi (qeyri-rəsmi məlumatlara görə, bu, eks-prezidentin kürəkəni Mikael Minasyandır) ilə birlikdə 2.9 milyon dollar məbləğində rüşvət alıb. Bunun müqabilində Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəlinib.

 

İş yekunlaşaraq ittiham aktı ilə məhkəməyə göndərilib.

 

Xatırladaq ki, Serj Sarkisyan daha iki cinayət işi üzrə müttəhimdir. Onlardan biri neft məhsulları idxal edən "Flash" şirkətinin mühafizəsi, ikincisi İrəvandakı "Yerablur" hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi