Modern.az

Tramp doğum günüdə parad keçirəcək

Tramp doğum günüdə parad keçirəcək

Dünya

24 May 2025, 11:19

"İyunun 14-də Vaşinqtonda Birləşmiş Ştatlar Ordusunun 250 illiyi şərəfinə möhtəşəm parad keçirəcəyimizi qürur hissi ilə elan edirəm".

Modern.az xəbər verir ki, b​​​​​​u barədə ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə yazıb.

"İki əsr yarım ərzində cəsur əsgərlərimiz AZADLIĞIMIZI qorumaq üçün döyüşüb, qan töküb və həlak olublar. İndi biz onları xidmətlərinə və fədakarlıqlarına layiq gözəl paradla şərəfləndirəcəyik. Ölkənin hər yerindən amerikalılar parada dəvət olunur", - o əlavə edib.

Qeyd edək ki, 14 iyun həm də Trampın doğum günüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI