Modern.az

Milli Məclis Xocalı soyqırımı ilə bağlı xüsusi tədbir keçirəcəkmi?

Milli Məclis Xocalı soyqırımı ilə bağlı xüsusi tədbir keçirəcəkmi?

13 Fevral 2014, 15:26


Xocalı faciəsinin növbəti ildönümünə sayılı günlər qalır. Maraqlıdır, bu il Milli Məclis Xocalı soyqırımı ilə bağlı xüsusi tədbir keçirəcəkmi?

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında bununla bağlı hələlik konkret bir qərarın olmadığını bildirib. Lakin o, qeyd edib ki, parlament üzvləri hər zaman Xocalı faciəsi ilə bağlı müxtəlif tədbirlərdə iştirak edir, bu faciəni dünya ölkələrin xalqlarına çatdırır.

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya-ədalət” kampaniyası artıq bütün dünyada öz əks-sədasını verir. Deputatlarımız bu çərçivədə olan tədbirlərə, eyni zamanda dünyanın ayrı-ayrı yerlərində olan tədbirlərə qatılırlar, Xocalı soyqırımı ilə bağlı açıqlamalar verirlər və Azərbaycan həqiqətlərini dünyaya çatdırılrar. Bu tədbirlər davam edir və davamlı da olacaq”.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının ilk iclası fevralın 3-də keçirilib. Parlamentin növbəti iclası isə fevralın 14-də olacaq.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...