Rusiya Dövlət Duması özünün gözəl xanım deputatları ilə tanınır. Onlardan ən çox keçmiş gimnast Alina Kabayeva tanınsa da, digər zərif cins nümayəndələri füsunkarlıqda əsla ondan geri qalmırlar. Rusiya Dövlət Demasında deputatların 14 faizini qadınlar təşkil edir.
Modern.az saytı Dövlət Dumasının A.Kabayevaya rəqib ola biləcək ən gözəl xanımlarını təqdim edir.
1. Mariya Kojevnikova. Siyasətə baş vurmazdan öncə o, “Univer” serialındakı rolu ilə tanınıb. Hazırda Dumanın Təbii sərvətlər və ekologiya komitəsinə təmsil olunur. “Yedinaya Rossiya” (“Vahid Rusiya”) Partiyasının üzvüdür.
2. Tatyana Yakovleva. Həkim fəaliyyətini başa vuraraq iqtidar partiyasının üzvü kimi Dövlət Dumasına yol tapıb.
3. Mariya Maksakova-İqenberqs. O da “Yedinaya Rossiya” Partiyasını təmsil edir.
4. Olqa Timofeyeva – Dumanın Mədəniyyət Komitəsinin üzvüdür.
5. Alyona Arşinova – Təhsil üzrə komitənin sədr müavinidir.
6. Alla Kuzmina isə Sosial siyasət komitəsinin sədr müavinidir.
7. Yelena Nikolayeva – mənzil kommunal siyasət komitəsində təmsil olunur.
Modern.az