Modern.az

2026-2028-ci illərdə Avropa liderləri bu ölkələrdə toplaşacaq - SİYAHI

2026-2028-ci illərdə Avropa liderləri bu ölkələrdə toplaşacaq - SİYAHI

24 May 2025, 17:04

Növbəti 3 ildə Avropa Siyasi Birliyinin sammitinin hansı ölkələrdə keçirləcəyinə aydınlıq gətirlib.

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta açıqlamasında bildirib. O, 2026–2028-ci illər üçün müəyyən edilmiş ev sahibi ölkələrinin adlarını açıqlayıb.

Avropa Siyasi Birliyinin 2026-cı ildəki sammitləri Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında da Latviyada keçiriləcək.

Qeyd olunub ki, bu tədbirlər Avropa qitəsində siyasi dialoqun təşviq olunması və əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Avropa Siyasi Birliyinin ilk zirvə toplantısı 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı Praqada keçirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi