Modern.az

Liviyanın neft kəmərində SIZMA

Liviyanın neft kəmərində SIZMA

25 May 2025, 10:25

Liviyanın şimal-qərbində yerləşən əz-Zaviyə şəhərinin cənubundakı neft kəmərlərindən birində sızma baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Liviyanın Milli Neft Korporasiyası (“National Oil Corporation” NOC) feysbukdakı səhifəsində məlumat yayıb.

 

“NOC-un texniki xidmət və qəza-xilasetmə komandası əz-Zaviyə şəhərinin cənubunda boru kəmərində baş vermiş neft sızmasının aradan qaldırılması üçün işlərini davam etdirir”, - mətndə vurğulanır.

 

Qeyd olunur ki, Əl-Həmədə yatağından neftin bu kəmərlə nəqli dərhal dayandırılıb. Mütəxəssislər qrupu sızmanın səbəblərini müəyyənləşdirir, dağılmış neftin çıxarılması və ətraf mühitin mümkün çirklənməsinin aradan qaldırılması üçün tədbirlər görür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI