Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Sərəncam imzalayıb.
Modern.az-ın məlumatına görə, sərəncam 220 nəfərə şamil edilib.
Siyahıya 16 nəfər əcnəbi vətəndaşın adı daxil edilib.
Onlardan 5-i İran, 4-ü Rusiya, 1-i Türkiyə, 1-i Əfqanıstan, 2-si Pakistan, 1-i Fransa, 2-si Gürcüstan vətəndaşıdır.