Modern.az

"Port Baku" ərazisində top mərmisi tapıldı - FOTO

"Port Baku" ərazisində top mərmisi tapıldı - FOTO

26 May 2025, 11:20

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) Bakı şəhəri Nəsimi rayonu “Port Baku” ərazisində aparılan tikinti işləri zamanı hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

ANAMA, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb edilərək, əraziyə baxış keçirib. Baxış zamanı təxminən 1930-1940-cı illərdə istehsal olunan 1 ədəd 76 millimetrlik, F-354 modeli olan yüksək partladıcılı qəlpəli top mərmisi aşkar edilib.

Bu barədə Modern.az-a ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aşkar olunan top mərmisi zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılaraq, partlayış yolu ilə məhv edilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə təmizləmə işləri aparılıb, hər hansı təhlükəli əşya aşkarlanmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu