Modern.az

Biləsuvarda da güclü partlayış oldu, iki nəfər ölüb

Biləsuvarda da güclü partlayış oldu, iki nəfər ölüb

Təhsil

13 Fevral 2014, 18:01
Biləsuvarda  güclü partlayış  hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 16.30 radələrində şəhərin Heydər Əliyev prospektindəki köhnə “Kimya Birliyi “ kimi  tanınan idarənin həyətində qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının  Kəngərli rayon sakini  Cəfərli  Şaiq Həsən oğluna məxsus   yanacaq daşıyan qoşqulu “KamAZ” markalı avtomobildə  qaynaq işləri aparılması  çənin partlamasına səbəb olub. Partlayış nəticəsində iki nəfər - sürücü Şaiq Cəfərli və qaynaqçı, Biləsuvar rayon sakini Poladov Əjdər Ziyad oğlu hadisə yerindəcə dünyasını dəyişiblər. Bir nəfər  Biləsuvar rayon sakini, 1970 - ci il təvəllüdlü  Təzəxan Poladov isə  yaralı halda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu deyilir.

Faktla bağlı rayon  hüquq-mühafizə orqanları tərəfindən hadisə yerində araşdırma aparılır.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU