Modern.az

Daha bir ölkədə Rus evi BAĞLANDI

Daha bir ölkədə Rus evi BAĞLANDI

26 May 2025, 16:22

Suriyadakı Rus evi fəaliyyətini dayandırıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov məlumat verib.

O, Suriyadakı Rus Evinin fəaliyyətinin və bu ölkədən tələbələrin işə qəbulunun müvəqqəti dayandırıldığını açıqlayıb.

Mərkəzin işinin dondurulması qərarı regiondakı qeyri-sabit vəziyyət fonunda Rusiya səfirliyinin tövsiyələri ilə bağlıdır. Təşkilatın əməkdaşları təxliyə edilib, sənədlərin yoxlanılmasında çətinliklər yarandığı üçün Suriyalı tələbələrin dövlət kvotasına əsasən işə qəbulu dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycandakı Rus evinin fəaliyyəti dayandırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu