Modern.az

Bakıda yanacaqdoldurma məntəqəsindəki partlayışa görə cinayət işi açılıb

Bakıda yanacaqdoldurma məntəqəsindəki partlayışa görə cinayət işi açılıb

13 Fevral 2014, 22:00
Bakıda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a məlumat verilib. Bildirilib ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış hadisəsi ilə bağlı Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün Bakının Xətai rayonunda Müdafiə Sənayesi Nazirliyinin "Radioquraşdırma" zavodunun yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin yeraltı qaz çənində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?