Modern.az

Əfv cəzanın sonu yox, yeni başlanğıcdır...

Əfv cəzanın sonu yox, yeni başlanğıcdır...

Ölkə

26 May 2025, 17:30

Bu gün Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı 220 nəfərin həyatında yeni bir səhifə açıb. Hər birinin həbsə düşmə hekayəsi fərqli olsa da, azadlığa gedən yolları eyni oldu. Sevinc, minnətdarlıq və yeni həyata ümid hissi ilə həbsxananı tərk edən keçmiş məhbuslar artıq ailələrinə qovuşublar.

Əfv olunanlardan biri Sərdar Soltanov cəzasının bitməsinə dörd ay səkkiz gün qalmış sərəncama düşüb. "Əfv olunacağımı gözləmirdim. İlk məhkumluğumdur. Çox sevincliyəm", - deyə o bildirib.

Mübariz Qurbanovun hekayəsi isə daha dərindir. İllər əvvəl ehtiyatsızlıqdan yol verdiyi avtoqəza insan həyatına son qoymuşdu. "Bu illər ərzində onu anladım ki, azadlıqdan dəyərli heç nə yoxdur", - deyir o. Azadlığa çıxarkən bir illik həbs yükünü hələ də ürəyində daşıdığını bildirir.

Əfvə düşənlər arasında 16 əcnəbi vətəndaş da var. Altı ilini həbsdə keçirən Pakistan vətəndaşı Şah Nəsrət Şah Yarmat oğlu deyir: “Bu humanist addım mənim həyatımı dəyişdi. Mənə verilən bu şansı dəyərləndirəcəyəm”.

Keçmiş məhkumların hər biri onları bağışladıqlarına görə Prezident İlham Əliyevə təşəkkür ediblər.

Prezident İlham Əliyevin imzaladığı bu sərəncam cəmiyyətin vicdanı, dövlətin mərhəməti və insanın dəyişə biləcəyinə olan inamın növbəti sübutdur.

Əfv yalnız azadlıq deyil, həm də ikinci şansdır. Əfv cəzanın sonu yox, yeni başlanğıcdır. Həyatın yenidən başlanğıcı...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu