Modern.az

Üçüncü zəvvar qrupumuz sabah Həccə yola düşəcək

Üçüncü zəvvar qrupumuz sabah Həccə yola düşəcək

Mədəniyyət

26 May 2025, 18:04

Üçüncü zəvvar qrupu sabah, yəni 27-i Həcc ziyarətinə yola düşəcək.

Modern.az xəbər verir ki, bu barədə Apa-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, hər təyyarədə 3 qrup olacaq: "Qrupların hər biri 45 nəfərdən ibarətdir. Zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq".

Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi