Modern.az

Sabah daha 45 zəvvar Həccə yola düşəcək

Sabah daha 45 zəvvar Həccə yola düşəcək

Mədəniyyət

27 May 2025, 08:13

Azərbaycandan Həcc ziyarətinə gedən dördüncü zəvvar təyyarəsi sabah, mayın 28-də yola düşəcək.

 

Modern.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

Onun sözlərinə görə, hər təyyarədə 4 qrup olacaq. Qrupların hər biri 45 nəfərdən ibarətdir.

 

V. Cahangiri bildirib ki, zəvvarlar sabah saat 10:50-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Səudiyyə Ərəbistanına yola salınacaq.

 

Qeyd edək ki, bu il Həcc ziyarətinin bir nəfər üçün ziyarət paketi 5 950 ABŞ dolları təşkil edir. Ziyarət yalnız vahid formada və hava nəqliyyatı vasitəsilə həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI