Modern.az

COP29-un keçirilməsinə xərclənən vəsait AÇIQLANDI

COP29-un keçirilməsinə xərclənən vəsait AÇIQLANDI

COP29

27 May 2025, 10:01

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dövlət büdcəsindən 10 milyon manat vəsait xərclənib.

Modern.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası barədə illik hesabatda öz əksini atıb.

Qeyd edilib ki, İnvestisiya Təşviqi Forumu və digər təşviqat tədbirləri üçün 4,5 milyon manat, 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu üçün 3,5 milyon manat, 11-ci Qlobal Bakı Forumu üçün 2,6 milyon manat, Xarıbülbül Beynəlxalq Musiqi Festivalı üçün 2,3 milyon manat və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 3-cü iclasının İsveçrə Konfederasiyasında keçirilməsi üçün 1 milyon manat vəsait ayrılıb.

Digər tədbirlər üzrə büdcədən ayrılan vəsait 1 milyon manatdan az olub.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi