Modern.az

Sadələşmiş vergi dərəcəsinə yenidən baxılması təklif olundu

Sadələşmiş vergi dərəcəsinə yenidən baxılması təklif olundu

27 May 2025, 11:32

Sadələşmiş vergi dərəcəsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik olunması təklif edilib.

Modern.az xəbər verir ki, belə təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputat Azər Badamov çıxış edib.

Deputat bildirib ki, vergi ödəyicilərinin sadələşmiş vergi dərəcəsi ilə vergi ödəməsi üçün 12 aylıq dövriyyənin yüksək həddi 2015-ci ildə 200 min manat müəyyən edilib: “Bu müddətin üzərindən 10 ildən çox vaxt keçib. Bu keçən zamanda bir necə dəfə devalvasiya baş verib. Eyni zamanda bu müddətdə inflyasiyalar nəzərə alınaraq, sadələşmiş vergi dərəcəsinə aid edilmək üçün dövriyyələrin 200 min manat həddinin artırılmasını təklif edirəm”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Pezeşkian Əliyevdən bunu xahiş etdi