Modern.az

Bakıdakı bu məktəblə bağlı araşdırma BAŞLADI

Bakıdakı bu məktəblə bağlı araşdırma BAŞLADI

Təhsil

27 May 2025, 12:03

Bakı şəhəri 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs  öyrədərkən yanlış davranışı ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Modern.az-ın məlumatına görə, bu barədə "Azərbaycan müəllimi"nə məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb.

Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması qərara alınıb.

Bakı Şəhəri üzə Təhsil İdarəsindən isə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu