Modern.az

28 min manat ələ keçirən dələduz saxlanıldı

28 min manat ələ keçirən dələduz saxlanıldı

Aktual

27 May 2025, 12:12

Bakı və Abşeronda dələduzluq edərək iki nəfərin 28 min manat pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onların pul vəsaitini ələ keçirən 51 yaşlı Ə.Süleymanov saxlanılıb. 

Aparılan araşdırmalarla onun Bakı şəhəri və Abşeron rayonunda yaşayan 2 sakini aldadıb ümumilikdə 28 min manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu