Modern.az

Vurğun Əyyub Müsavat başqanlığına namizəd olacaq? - AÇIQLAMA

Vurğun Əyyub Müsavat başqanlığına namizəd olacaq? - AÇIQLAMA

14 Fevral 2014, 10:55

“Bakı Şəhər İcra Hakimiyyətinə qurultaya yer ayrılması ilə bağlı müraciət etmişik. Ehtimal edirik ki, yer ayıracaqlar. Fikrimcə, qurultayın keçirilməsi üçün yerin ayrılmaması başqanın dəyişib-dəyişməməsi ilə bağlı deyil. Məsələ Azərbaycan hakimiyyətinin qanunlara sayğısız münasibətidir”.

Bunu Modern.az-a Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub deyib. Onun sözlərinə görə, partiyaya qurultayln keçirilməsi üçün yerin ayrılmaması ölkənin qanunlarla deyil, icra hakimiyyətinin iradəsi ilə idarə olunduğunu göstərir: “Ümumiyyətlə, hakimiyyət dediklərini yerinə yetirən, gizli şəkildə ona yardımçı olan müxalifət arzusundadır. Hakimiyyət əsl müxalifətin olmasında maraqlı deyil. Ona görə də müxalifət partiyalarının qurultaylarının və digər tədbirlərinin keçirilməsi üçün yer ayırmır.

V.Əyyub partiyada başqanlığa namizədlərin irəli sürülməsi ilə bağlı sualı cavablandırmayıb: “Qurultayla bağlı yer ayrıldıqdan sonra namizədliklə bağlı fikirlərimi açıqlayacam. Bu barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, Müsavat Partiyası mayın 24-də qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyada başqanlığa əsas beş nəfər iddialı şəxs var. Bunlar partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, başqan müavini Gülağa Aslanlı, Divan üzvləri Qubad İbadoğlu, Vurğun Əyyub və Tural Abbaslıdır.

İlkin PİRƏLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU