Modern.az

Sertifikasiyadan keçmə yaşı 70-ə qaldırılsın! - Parlamentdə TƏKLİF

Sertifikasiyadan keçmə yaşı 70-ə qaldırılsın! - Parlamentdə TƏKLİF

Aktual

27 May 2025, 12:40

Milli Məclisdə həkimlərin sertifikasiyadan keçmə yaş həddinin 70-ə qaldırılması təklif edilib.

Modern.az xəbər verir ki, bu təkliflə parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında çıxış edib.

O qeyd edib ki, gələcəkdə bu haqda təklif vermək mümkündür:

"Məsələn, 65 yaşdan yuxarı müəllimlərin sertifikasiya imtahanında iştirakı könüllü əsaslarda həyata keçirilir. Gələcəkdə tibb işçiləri və həkimlərlə bağlı da buna uyğun təkliflər verilə bilər. Amma nəzərə almaq lazımdır ki, təhsilverənlərlə həkimlərə yanaşmada fərqlilik olmalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi