Modern.az

Bu publik hüquqi şəxslərin büdcədən maliyyələşməsi məhdudlaşdırılmalıdır

Bu publik hüquqi şəxslərin büdcədən maliyyələşməsi məhdudlaşdırılmalıdır

27 May 2025, 12:48

Ödənişli xidmət göstərən publik hüquqi şəxslərin dövlət büdcəsindən maliyyələşməsini məhdudlaşdırmalıyıq.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib.

Maliyyə naziri bildirib ki, bu barədə hökumətin tapşırığı da var və bu istiqmətdə aktiv iş aparırıq.

“Düşünürəm ki, publik hüquqi şəxslərin sırasında optimallaşdırma istiqamətində nəticələr əldə edəcəyik”, - deyə nazir əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?