MDHP sədri, Millət vəkili Fərəc Quluyev Almaniyada yaşayan, Azərbaycan Respublikasının əməkdar rəssamı, dünya şöhrətli, Əşrəf Heybətovu qəbul edib. Bu barədə MDHP mətbuat xidməti məlumat verib.
Əşrəf Heybətov YUNESKO ressamlar federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət xadimləri Assosiasiyasının sədridir. Xaricdə Azərbaycanı layiqincə təmsil edən ziyalımız Almaniya ressamlar birliyinin, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvü, eyni zamanda “Sülh səfiri”dir. Fərəc bəy görüş zamanı xalqımızın, dövlətimizin beynəlxalq aləmə təqdim olunmasında rəssamlığın özünəməxsus rolunu və Əşrəf bəyin əsərlərində vətənimizin, xalqımızın ictimai-siyasi həyatına aid lövhələrinin əhəmiyyətini qeyd etdi. Görüşdəki müzakirələrdən məmnun qalan Əşrəf bəy öz yaradıcılığında Azərbaycan dəyərlərini daha geniş şəkildə dünyaya təqdim edəcəyini bildirdi. Eyni zamanda, əməkdar rəssam Fərəc bəyin uzun illərdən bəri Azərbaycan dövlətçiliyi uğurunda yorulmaz mübarizəsini və bu yolda bütün çətinliklərə baxmayaraq sarsılmaz iradə nümayiş etdirdiyini yüksək qimətləndirərək MDHP sədrinə bu müqəddəs yolda uğurlar arzulayaraq əlavə etdi ki, sizin xalqımıza və dölətimizə etdiyiniz xidmətlərdən vətəninə və millətinə bağlı olan insanların kifayət qədər məlumatları var. Görüşün yekununda Fərəc bəy hal-hazırda Almaniyada yaşayan rəssam Əşrəf bəyə müxtəlif dövrlərdə yazmış olduğu milli mübarizə tarixinə aid kitablarını hədiyyə verdi.