Modern.az

Azərbaycanla Gürcüstan beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətini müzakirə ediblər

Azərbaycanla Gürcüstan beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətini müzakirə ediblər

27 May 2025, 15:00

Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

ADY-dən Modern.az-a verilıən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi və Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusi vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?