Modern.az

Sülh sazişindən sonra azərbaycanlılarla ticarətə başlayacağıq - SİMONYAN

Sülh sazişindən sonra azərbaycanlılarla ticarətə başlayacağıq - SİMONYAN

Dünya

27 May 2025, 15:56

Sülh sazişinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaqlar.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O, xatırladıb ki, ermənilər hələ Qarabağda yaşayərkən azərbaycanlılarla alış-veriş ediblər, konyak satıb pul alıblar.

“Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik kimi illüziyalarla yaşamağı dayandırın", - Simonyan deyib.

O, həmçinin vurğulayıb ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər