Modern.az

Əlyazmalar İnsitutunun yeni direktoru kollektivə təqdim olunub

Əlyazmalar İnsitutunun yeni direktoru  kollektivə təqdim olunub

14 Fevral 2014, 11:26

AMEA Əlyazmalar İnstitutunun Elmi Şurasının iclası keçirilib. İclasda AMEA prezidenti  akademik Akif Əlizadə və vitse-prezident akademik İsa Həbibbəyli də iştirak edib.  Akademik Akif Əlizadə institutun yeni təyin edilən  direktoru, AMEA-nın müxbir üzvü Teymur Kərimlini Elmi Şura üzvlərinə təqdim edib. O, kollektivin bundan sonra da elmi axtarışlarda uğur qazanacağına ümid bəslədiyini söyləyib.

İclasda elmi şura üzvləri - filologiya üzrə fəlsəfə doktoru M.Məmmədova, filologiya üzrə elmlər doktorları Möhsüm Nağısoylu, Kamanda Şərifov və digərləri çıxış ediblər. Onlar bundan sonra da Azərbaycanın milli-mənəvi xəzinəsi olan əlyazmaların qorunması, tədqiqi və nəşri üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU