Modern.az

“Dünənki hadisələr terror deyil, səhlənkarlığın nəticəsidir” - EKSPERT

“Dünənki hadisələr terror deyil, səhlənkarlığın nəticəsidir” - EKSPERT

14 Fevral 2014, 11:36

Dünən – fevralın 13-də Azərbaycan ərazisində ayrı-ayrı yerlərdə 4 partlayış baş verdi, 4 nəfər öldü, xeyli adam yaralandı. Müxtəlif obyektlərdə baş verən partlayışlar bu hadisələrin bilərəkdən törədildiyi barədə söz-söhbətlər yol açdı. Hətta bəziləri irəli gedərək, bunun terror olduğunu idda etdi.
Modern.az-ın məlumatına görə, məsələyə münasibət bildirən keçmiş təhlükəsizlik zabiti İlham İsmayıl terror versiyasını inkar edib.

“Baş verən partlayışlar eyni gündə olsa da, hesab edirəm ki, terror deyil, ehtiyatsızlığın, səhlənk arlığın nəticəsidir. Diqqəti cəlb edən odur ki, illərlə problem içində yaşayan, idarəetmədən narazı olan, bu cür yaşamaqdan bezən cəmiyyət baş verən hadisələri mövcud vəziyyətin kənar qüvvələr tərəfindən dəyişiriləcəyinin siqnalı kimi qəbul etmək istəyir. Bu təhlükəli tendensiyadı dövlət üçün...”.

Ekspertin sözlərinə görə, terror dövlətə, hər hansı mövcud siyasətə təzyiq vasitəsidi. Bu cür partlayışlar isə nə təzyiq səviyyəsindədi, nə də xəbərdarlıq.

“Belə partlayışların əvəzinə bir kiçik siyasi obyektin və ya subyektin hədəfə alınması daha güclü təsir və təzyiq vasitəsi hesab oluna bilər...
Dünənki hadisələrdə təsadüf ehtimalı çoxdu, axı terror həvəskar işi deyil, burda isə heç bir professional yanaşma yoxdu...”.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU