Modern.az

Mədəniyyət və Turizm Nazirliyi jurnalistlər üçün müsabiqə elan edib

Mədəniyyət və Turizm Nazirliyi jurnalistlər üçün müsabiqə elan edib

14 Fevral 2014, 11:41

Mədəniyyət və Turizm Nazirliyi teatr sənətinin müxtəlif sahələrinə həsr edilən məqalələri dəyərləndirmək, təbliğ etmək, gənc teatrşünasları, jurnalistləri müvafiq istiqamətlərdə yazmağa həvəsləndirmək məqsədilə “Teatr sənəti mövzusunda ilin ən yaxşı məqaləsi” mövzusunda müsabiqə elan edib.

Modern.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, müsabiqə ən yaxşı resenziya, nəzəri araşdırma, portret yazı, tənqidi məqalə, müsahibə olmaqla beş nominasiya üzrə keçirilir.
Müsabiqədə 35 yaşadək peşəkar, gənc teatrşünaslar və teatr sahəsindən mütəmadi olaraq məqalələr yazan KİV nümayəndələri iştirak edə bilərlər.
Müəlliflər məqalələri fevralın 15-dən noyabrın 1-dək “Mədəniyyət” qəzetinin və “525-ci qəzet”in redaksiyalarına təqdim etməli, yaxud [email protected], [email protected], [email protected] elektron ünvanlarına göndərməlidirlər.
Hər iştirakçı müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər.
Ən yaxşı beş məqalə seçilərək birinci, ikinci və üçüncü yerlərə və iki həvəsləndirici mükafata layiq görüləcəkdir.
Birinci, ikinci və üçüncü yerlər üçün müvafiq olaraq 1000 manat, 800 manat, 500 manat, iki həvəsləndirici mükafatın hər biri üçün 300 manat pul və diplom nəzərdə tutulur.
Müsabiqədə iştirak arzusunda olanlar məqalənin A4 formatda çap olunmuş və ya elektron variantı ilə yanaşı, özünün qısa tərcümeyi-halını, əlaqə telefon nömrəsini də təqdim etməlidirlər.
Müsabiqənin nəticələrinin elan edilməsi və qaliblərin mükafatlandırılma mərasimi 2014-cü ilin noyabrında M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçiriləcək.

 

Elmin Nuri 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU