Modern.az

Ermənistan müstəqilliyini elan edəndə 12 min km² ərazisi olub

Ermənistan müstəqilliyini elan edəndə 12 min km² ərazisi olub

Aktual

28 May 2025, 10:53

Bu gün Ermənistan Respublikasının da yaranması günüdür.

Modern.az xəbər verir ki, Nikol Paşinyan başda olmaqla Ermənistanın qanunvericilik və icra hakimiyyəti orqanlarının nümayəndələri Sardarapat Memorial Kompleksini ziyarət ediblər.

Birinci Ermənistan Respublikası 1918-ci il mayın 28-də elan edilib. O, sovet işğalına qədər - 1920-ci il dekabrın 2-dək fəaliyyət göstərib.

Elan edilən vaxt Ermənistan Respublikasının ərazisi cəmi 12 min km² olub. Bu barədə Nikol Paşinyan Sardarapat Memorial Kompleksinində çıxışı zamanı bildirib.

Qeyd edib ki, bu gün Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi 29743 min km²-dir. Paşinyan bunu tarixi nailiyyət adlandırıb. Onun sözlərinə görə, erməni xalqının artıq öz tarixi vətəni olduğu üçün vətən axtarışına ehtiyac yoxdur. Paşinyan vurğulayıb ki, bu gün Ermənistan dövləti həmişəkindən daha möhkəmdir və daha böyük suverenliyə malikdir.

Qeyd edək ki, Ermənistan ərazisi keçmiş SSRİ dövründə mərhələlərlə Azərbaycana məxsus torpaqlar hesabına genişləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?