Modern.az

Lənkəranda marketdə partlayış - Satıcı xəsarət aldı

Lənkəranda marketdə partlayış - Satıcı xəsarət aldı

Hadisə

28 May 2025, 13:17

Lənkəran rayonunda marketdə partlayış olub.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Şovu kəndində baş verib.

Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb, bu zaman partlayış olub. Nəticədə M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Marketə ciddi ziyan dəyib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi