Modern.az

Azərbaycanda baş redaktora şantaja görə cinayət işi açıldı

Azərbaycanda baş redaktora şantaja görə cinayət işi açıldı

14 Fevral 2014, 12:54

Azərbaycanda daha bir qəzet baş redaktorunun qanunsuz əməli ifşa olunub. Modern.az saytı Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində “İrəvan Press” qəzetinin baş redaktoru, Bakı şəhər sakini Azər Abbasovun  “jam.az” və “naviqator.info” internet saytlarında Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Vasif Əliyev və Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Çingiz Əhmədov

barələrində həqiqətə uyğun olmayan məlumatlar yerləşdirməklə onlar haqqında rüsvayedici məlumatların müxtəlif internet saytlarında yayılacağı hədəsi ilə hər birindən 300 manat pulu “Azərpoçt” MMC vasitəsi ilə öz adına göndərmələrini tələb etdiyi və həmin vəsaiti poçt vasitəsi ilə çıxararaq mənimsədiyi müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU