Modern.az

Bu univeristet üçün kampus TİKİLƏCƏK

Bu univeristet üçün kampus TİKİLƏCƏK

Təhsil

29 May 2025, 17:14

Naxçıvan Dövlət Universiteti üçün böyük kampus qurulacaq.

Modern.az-ın məlumatına görə, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.

Rektor Universitetinin Tibb fakültəsinin 25 illik yubileyinə həsr edilmiş tədbirdə bildirib ki, yaxın gələcəkdə 30 hektarlıq ərazidə ayrıca bir tibb kampusunun qurulması dövlət proqramının alt tədbirlər planında nəzərdə tutulub.

"Bunun üçün lahiyələndirmə işləri aparılıb, şəhərin baş planı tamamlanan kimi kampusun layihə işlərinə başlanacaq, yeni klinikalar və tələbə yataqxanaların qurulması planlaşdırılır. Biz hər il olduğu kimi, bu il də yay təcrübələrimizi aparmaq üçün 300-ə yaxın tələbəmizi müxtəlif universitetlərin təcrübə bazalarına göndərməyə hazırlaşırıq".

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi