Modern.az

Tramp Rusiyaya qarşı sanksiyaları niyə dayandırıb?

Tramp Rusiyaya qarşı sanksiyaları niyə dayandırıb?

Dünya

28 May 2025, 23:12

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi dayandırdığını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Ağ evdə Oval Ofisdə jurnalistlərə açıqlamasında o, bunu Ukrayna ilə danışıqlara müdaxilə etmək istəmədiyi üçün etdiyini bildirib.

 

“Əgər razılaşma əldə etməyə yaxın olduğumu düşünürəmsə, bunu etməklə onu pozmaq istəmirəm”,- deyə Tramp əlavə edib.

 

O, Rusiyanın üç ildir davam edən müharibəyə son qoymaq üçün razılığa gəlməyə hazır olub-olmadığını təqribən iki həftədən sonra biləcəyini deyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi