Modern.az

48 ədəd balıq tutdu - 6 aylıq HƏBS EDİLDİ

48 ədəd balıq tutdu - 6 aylıq HƏBS EDİLDİ

Ölkə

29 May 2025, 08:48

Lənkəranda yerli sakin qanunsuz balıq ovuna görə cinayət məsuliyyətinə cəlb edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ay baş verib.

1965-ci il təvəllüdlü Lənkəran sakini rayonun Sütəmurdov kəndindən keçən Lənkəran çayından balıq ovlayıb. O, donma vasitəsilə 2 ədəd kütüm (qanunvericiliyə görə bir ədəd kütüm ovlamaq 33 manat ziyan vurmaq hesab edilir), 21 ədəd şamayı (21 manat), 25 ədəd qarasol (11 manat) balığı tutub.

O, ümumilikdə 48 ədəd balıq tutaraq təbiətə 1034 manat ziyan vurub.

Təqsirləndirlilən şəxs əməlini etiraf edib və balıqları dolanışığını təmin etmək üçün tutduğunu bildirib.

Məhkəmənin qərarı ilə ona 6 ay ev həbsi verilib və elektron qolbaq daşıyacaq.

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu