Modern.az

Bakıda maşın işıq dirəyinə çırpıldı - Sürücü öldü

Bakıda maşın işıq dirəyinə çırpıldı - Sürücü öldü

Hadisə

29 May 2025, 09:50

Bakıda avtomobil işıq dirəyinə çırpılıb.

Modern.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2072 ünvanının qarşısında qeydə alınıb.

Babaşzadə Elvin Razi oğlu idarə etdiyi “Daewoo Gentra” markalı avtomobillə yolayrıcında işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü hadisə yerində ölmüş, avtomaşında olan sərnişin Mövsümlu Nurlan Səfa oğlu isə müxtəlif ağır bədən xəsarətləri ilə “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxsinə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?