Modern.az

Arif Rəhimzadədən nazirə sərt MESAJ: “Bir dənə də bələdiyyə sənəd təqdim etməyib”

Arif Rəhimzadədən nazirə sərt MESAJ: “Bir dənə də bələdiyyə sənəd təqdim etməyib”

14 Fevral 2014, 13:17


“1716 bələdiyyəyə 2013-cü ildə 5, 2 milyon dotasiya nəzərdə tutub”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında regionla məsələr komitəsinin sədri Arif Rəhimzadə deyib. Onun sözlərinə görə, kino çəkilişinə 6, 5 milyon manat vəsait ayrılıb.
“Amma mən bununla bağlı etirazımı bildiridim. Maliyyə Nazirliyindən isə bildirildi ki, büdcə bələdiyyələrin maliyyələşməsinə boynuna götürməyib. Bəs sual yaranır ki, onlar kino çəkilişini boynuna götürüb? Mən kino sənətinin əleyhinə deyiləm. Halbuki prezidentin 1 yanvar 2013-cü ilinə kimi bütün bələdiyyələrin dövlət reyestrinə keçirilməsi ilə bağlı göstəriş verilmişdi. Bunun üzərinə 1 il vaxt keçşməsinə baxmayaraq, bir dənə də bələdiyyə sənəd təqdim etməyib. Bir çox hallarda bələdiyyələrə təzyiqlər olur, Ədliyyə Nazirliyinə bununla bağlı irad bildirəndə cavabları belə olur ki, onlar bu işlə məşğul deyil, inzbati nəzarətlə məşğul olur. Amma onu da deyim ki, yaxşı işləyən bələdiyyələr də var. Məsələn, Sumqayıt şəhər əblədiyyəsi ötən il 1 milyon 280 min manatlıq layihə həyata keçirib. Təbii ki, bu layihələrin böyük bir hissəsi Nəqliyyat Nazirliyi, FHN, SOCAR-ın maliyyə hesabına başa çatıb".


Gültəkin Ələsgər
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU