Modern.az

Polis Bakıda əməliyyatlar keçirdi - Saxlanılanlar var

Polis Bakıda əməliyyatlar keçirdi - Saxlanılanlar var

Aktual

29 May 2025, 10:48

Polis əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Sabunçu rayonlarında və Lənkəran şəhərində narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. 

Modern.az xəbər verir ki, tədbirlərlə qeyd edilən cinayət əməlində şübhəli bilinən 48 yaşlı N.İbadov, 29 yaşlı T.Abbasov və həmyaşıdı Ə.Məmmədli saxlanılıblar.

Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, psixotrop maddə metamfetamin, 2 ədəd elektron tərəzi və narkotiklərin onlayın alqı-satqısında istifadə olunan 2 ədəd bank kartı aşkarlanıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu