Modern.az

Ərdoğan ABŞ-a gedə, Tramp Türkiyəyə gələ bilər

Ərdoğan ABŞ-a gedə, Tramp Türkiyəyə gələ bilər

29 May 2025, 12:04

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəriistisna edilmir.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı da var.

"Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində prezidentlər NATO-nun Haaqa sammitində (24-25 iyun) görüşə bilərlər. Onlar tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - Fidan bildirib.

Mayın 5-də Trampla telefon danışığından sonra Ərdoğan onu ABŞ-a səfərə dəvət etdiyini bildirib. Belə bir səfərin təxmini tarixləri hələ məlum deyil. Bu arada Türkiyə mediası səfərin iyunda baş tuta biləcəyini istisna etmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər